10:54 14 Fevral 2018
307 dəfə oxunub
Çap versiyası
...

“Barselona”nın yeni transferi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.

Braziliyalı yarımmüdafiəçinin həyat yoldaşı Portuqaliya vətəndaşıdır.

Cütlük artıq 3 ildir evlidir. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər.

Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.

La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barselona” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4916 san