12:13 14 Fevral 2018
301 dəfə oxunub
Çap versiyası
...

Yerin təkindən istifadə ilə əlaqədar müəssisələr tərəfindən təqdim olunan 120 “Dağ-mədən işlərinin inkişafı planı”na baxılaraq razılaşdırılıb, dağ-mədən fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji tələblər müəyyənləşdirilməklə 24 ekoloji ekspertiza rəyi, 57 fiziki və hüquqi şəxsə karxana təsərrüfatı yaratmaq məqsədilə “Dağ-mədən ayırma aktı” verilib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən məlumat verilib.

Bildirilib ki, hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən nazirliyin və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının ekoloji təhlükəsizliyə və infrastruktur obyektlərinə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədilə çay hövzələrində yerləşən karxanalarda monitorinqlər keçirilib və müvafiq araşdırma işləri aparılıb. Araşdırmaların nəticələrinə əsasən, respublika ərazisində bu istiqamətdə fəaliyyət göstərən bir sıra müəssisələrə verilmiş sənədlərin hüquqi qüvvəsi dayandırılıb, bu barədə yerli icra hakimiyyətlərinə və sahibkarlara bildiriş məktubları göndərilib.

Geoloji kəşfiyyat və axtarış işlərinin layihə-smeta sənədlərinin ekspertizası ilə əlaqədar 12 layihəyə baxılaraq müvafiq dəyişikliklər aparılmaqla təsdiq edilməsi tövsiyə edilib.

İl ərzində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Layihələri əsasən xarici və yerli investisiyalar hesabına ölkədə həyata keçirilən irimiqyaslı neft-qaz, enerji, su təchizatı, yol-tikinti, sənaye və irriqasiya işləri ilə əlaqədar olub. Həmin layihələrin ekspertizası üzrə il ərzində 18 layihəyə baxılıb və müvafiq tələblər müəyyənləşdirilməklə razılaşdırılması təmin edilib. O cümlədən neft-qaz əməliyyatları ilə bağlı zəruri geofiziki məlumatlar, kimyəvi maddələr və neft, qaz, şlam, mineral xammal və su nümunələrinin idxalı və ixracı ilə əlaqədar daxil olmuş layihələrə baxılaraq ekoloji qiymətləndirilmə həyata keçirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-08-2018
20-08-2018
19-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6893 san