13:43 14 Fevral 2018
164 dəfə oxunub
Çap versiyası
...

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon söhbətində ikitərəfli münasibətlər və Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı aparılan "Zeytun budağı” əməliyyatının gedişi barədə Səudiyyə Kralını məlumatlandırıb. Hər iki ölkənin liderləri Suriyanın ərazi bütövlüyünə ehtiramlarını bildirərək, böhranın siyasi vasitələrlə nizamlanmasının vacibliyini, bu məsələdə birgə səylərin və əməkdaşlığın zəruriliyini qeyd ediblər.

Səudiyyə Ərəbistanı Kralı Suriya böhranı ilə bağlı Cenevrə prosesini və beynəlxalq səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan, öz növbəsində, qeyd edib ki, Astana prosesi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Cenevrə danışıqlarının ayrılmaz hissəsidir. Dövlət başçıları ikitərəfli münasibətləri daha da möhkəmləndirmək əzmində olduqlarını təsdiqləyərək qeyd ediblər ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə qarşıdakı səfəri ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5673 san