21:26 19 Fevral 2018
638 dəfə oxunub
Çap versiyası
...

Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin axtarışları davam edir. Təyyarənin gövdəsinə aid hissələrin tapılması barədə ilkin məlumat təsdiqini tapmayıb.

AZƏRTAC İRNA informasiya agentliyinə istinadla xəbər verir ki, aşağı temperatur və pis hava şəraiti axtarış işlərini çətinləşdirir. Xilasedicilərə ərazinin mürəkkəb landşaftına bələd olan yerli əhali arasından könüllülər də kömək edirlər. Axtarış əməliyyatlarında dron və helikopterlərdən istifadə olunur. Həmçinin rəsmi Tehranın bir sıra xarici dövlətlərə peyk çəkilişlərinin təqdim olunması barədə müraciət etdiyi bildirilir.

Xatırladaq ki, Tehran-Yasuc reysi ilə uçan təyyarədə ümumilikdə 66 nəfər olub. Təyyarə Dena dağları üzərində olarkən – təyinat məntəqəsinə cəmi 25kilometr qalmış radarlardan itib.

İnsanların cəsədləri tapılmadığından onların qohumları ümidlərini üzməyib. Lakin ekspertlərin fikrincə, qəzadan sağ qurtarmaq şansı yoxdur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8443 san