08:19 20 Fevral 2018
691 dəfə oxunub
Çap versiyası
...

Politoloq alimlər arasında aparılan sorğuya görə, Donald Tramp ABŞ prezidentlərinin illik tarixi reytinqində sonuncu yeri tutub.

Strategiya.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Hyuston və Boyse universitetləri mütəxəssislərinin keçirdikləri illik sorğuda Amerika Siyasi Elmlər Assosiasiyasının prezident seksiyasının üzvləri olan 170 ekspert iştirak edib. Reytinq prezidentlərin tarixdə rolu baxımından 0-100 ballıq şkala üzrə hesablanıb.

Siyahıda birinci yerdə 95,03 reytinqlə Avraam Linkolnun adı olub. Ondan sonra Franklin Ruzvelt, Teodor Ruzvelt, Tomas Cefferson, Harri Truman, Duayt Eyzenhauer dayanıb. Reytinqdə ilk yeddi yer bu sorğu ilk dəfə keçirildiyi 2014-ci ildən etibarən dəyişməz qalır. Səkkizinci yerdə 71 balla Barak Obama olub. O, əvvəlki sorğu ilə müqayisədə 10 pillə irəliləyib. Donald Tramp 12,34 balla sonuncu yerdə olub.

Bazar ertəsi ABŞ-da federal bayram - Prezidentlər Günü qeyd edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.565 san