08:52 20 Fevral 2018
751 dəfə oxunub
Çap versiyası
...

 

Hər ilin son günlərində dövlət başçımızın iştirakı ilə keçirilən ilin idman yekunlarına həsr olunmuş tədbirlərdə təltif olunanlar arasında daxili işlər orqanlarının idmançı əməkdaşları, DİN İdman Cəmiyyətinin yetirmələrini görmək doğrudan da qürurvericidir. Bu cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah etməkdən çəkinməyən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimizin bizə bəxş etdikləri idman zəfərlərinə verilən yüksək qiymət, göstərilən etimadın nəticəsidir.

İdman Cəmiyyəti İdmanın təşkili bölməsinin əməkdaşı, kiqboksinq üzrə məşqçi-müəllim Hikmət Hacıyevin yetirmələrindən söz düşəndə təkcə bir faktı qeyd etmək də bəs edər ki, onlar ötən il ərzində bir dəfə ölkə, dəfələrlə isə xatirə turnirlərində kuboka sahib olublar. Bu sıraya dünya və Avropa çempionatlarında 9, ölkə çempionatında isə 34 medal qazanılmasını da əlavə etsək, uğurların miqyası tam aydın olar. Bu medallardan 11-i qızıl, 6-sı gümüş, 17-si bürüncdür.

Bu yazıya isə növbəti qələbə körpü saldı. Fevralın 11-dən 18-dək Bakı Əl Oyunları İdman Sarayında böyüklər və gənclər arasında keçirilən ölkə çempionatında kiqboksçularımız 11-ci dəfə ardıcıl qalib gəlib, ölkə kubokunun sahibi olublar. Yarışda Nərimanov RPİ-nin əməkdaşı, polis baş leytenantı Kamil Şərifov, Səbail RPİ 39-cu PB-nin əməkdaşı Tunc Abbas, Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Səid Hüseynov və polis serjantı Sübhan Dadaşov bürünc medal qazanıblar.

DİN Daxili Qoşunlarının İdman komandasının əsgərləri Zöhrab Əzimov qızıl, Ağamahmud Siracov və Anar Məmmədov gümüş medal qazanıblar.

Hikmət Hacıyevin yetirmələrindən Məhəmməd İmanov və Ramal Aslanov baş mükafata layiq görülüblər. Ruslan Musayev isə finala qədər irəliləyərək gümüş medal qazanıb. Kiqbksinq üzrə ölkəmizin idman cəmiyyətləri və klubları arasında ən çox dünya və Avropa çempionları da DİN İdman Cəmiyyətində yetişib. Onların arasında polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları üstünlük təşkil edir.

Komandamızın məşqçisi, ölkəmizin yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi Hikmət Hacıyev deyir ki, bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının daxili işlər orqanlarında daha səmərəli təşkilinin, idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür. Hər birimiz bu qayğıya cavab olaraq etimadı doğrultmağı özümüzə şərəf, borc bilirik. DİN-in İdman Cəmiyyətində təlim-məşq prosesinin yüksək səviyyədə təşkilindən, təlimlərin daha səmərəli olmasından xəbər verir.

 

 

Zeyni Hüseynov,

 

DİN Mətbuat Xidmətinin əməkdaşı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3932 san