12:27 20 Fevral 2018
1608 dəfə oxunub
Çap versiyası
...


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimləri iştirakçıları tərəfindən AXC dövrünün əhəmiyyətli şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir.
Diqqətinizə Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Hacı Cabbar Kömək haqqında yaradılmış məqaləni təqdim edirik.
https://az.wikipedia.org/wiki/Hac%C4%B1_Cabbar_K%C3%B6m%C9%99k
1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Kömək 1919-ci ildə Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub.
Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən "Kömək" ləqəbini alıb. 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" ilə təltif olunub. 
M.K. Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, bundan imtina edərək Qarsa köçüb.
O, 1948-ci ildə Qarsda dünyasını dəyişib.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.598 san