12:37 20 Fevral 2018
560 dəfə oxunub
Çap versiyası
...



Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
 Hadıyev Sabunçu Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb və oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Onun eyni gündə daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Elmin İsayev (saxlanılan şəxs): “3 dənə evə girmişəm. Birindən heçnə çıxmayıb, birindən 1 dənə üzük, birindən də 3 dənə üzük və 90 manat pul. Qızılları satmışam, pulu da xərcləmişəm. Pəncərəsi açıq olub, girmişəm”.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9407 san