18:39 20 Fevral 2018
Çap versiyası
...

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun olaraq, son illərdə bir sıra iri layihələr həyata keçirilmişdir və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sosialyönümlü layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlmişdir.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri kimi, əhalinin dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması üçün müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istehlakçıların suölçən cihazlarla təmin olunması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədi ilə qərara alıram:

1. Məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15,0 (on beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2018-ci il.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:57 23.09/2018
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8182 san