14:15 21 Fevral 2018
342 dəfə oxunub
Çap versiyası
...

 

 

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Strategiya.az xəbər verir ki, Premyer Liqanın XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İK tərəfindən geniş müzakirə olunub.

İK oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

“Zirə” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” klubunun futbolçuları – Qismət Alıyev və Cavid Hüseynov, eləcə də, “Zirə”nin oyunçuları – Riçard Qadze ilə Sadio Tunkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular iki oyun cəzalandırılıb, hər iki klub 3200 manat cərimə olunub.

“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə beş oyun cəzalanıb, klub daha dörd min manat cərimə edilib. Baş məşqçiyə verilmiş beş oyun cəzanın üç oyunu şərti cəza kimi tətbiq edilib və altı ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə dörd min manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə bir oyunluq cəzalandırılıb, klub 800 manat cərimə olunub.

Həmçinin XVI turun “Sumqayıt” – “Neftçi” matçında yaşananlara da hüquqi qiymət verilib. Belə ki, “Neftçi”nin beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 60-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə və meydançadan kənarlaşdırıldığı üçün üç oyun cəzalandırılıb, klub 1600 manat cərimə olunub.

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub 800 manat cərimə ödəməyə məhkum edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6704 san