14:17 21 Fevral 2018
962 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nin cari ildə 10 illik yubileyi tamam olur. “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı ölkə başçısı  tərəfindən imzalanan 17 noyabr 2017-ci il tarixli Sərəncama uyğun olaraq, il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə Böyük Britaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri çərçivəsində Koventri Universitetinin Qlobal Liderlər proqramı üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin təqdimatı keçirildi. Bu qlobal təşəbbüsün tarixinə və əhəmiyyətinə həsr olunan film nümayiş etdirildikdən sonra nazir Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz barədə geniş təqdimatla çıxış etdi. Daha sonra tələbələrin suallarını cavablandıran nazir gələcəkdə keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Səfər çərçivəsində nazir Ə.Qarayev Koventri Universitetinin vitse-kansleri və baş icraçısı Con Latamla görüşdü. Görüş zamanı Universitetin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzi ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırda Mərkəz tərəfindən “Bakı Prosesi” barədə xüsusi kitabın hazırlanacağını, habelə Universitet ilə mədəniyyət, menecment sahələrində təhsil mübadiləsi və əməkdaşlığı barədə müzakirələr baş tutdu. Həmin gün Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin əməkdaşları olan elmi tədqiqatçılar üçün də “Bakı Prosesi” barədə seminar keçirildi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı. Mərkəzin rəhbəri professor Mayk Hardi Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirdi.

 
  •  


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.665 san