15:57 21 Fevral 2018
477 dəfə oxunub
Çap versiyası
...

Angela Merkelin Almaniya kansleri vəzifəsində dördüncü müddətə fəaliyyətə başlaması üçün təkcə onun təmsil etdiyi Xristian-Demokratlar İttifaqının (XDİ) fevralın 26-da keçiriləcək qurultayının nümayəndələrinin, həmçinin Almaniya Sosial-Demokratlar Partiyasının (ASDP) sıravi üzvlərinin koalisiya sazişini imzalamağa razılıqlarını almaq qalıb. ASDP-nin yazılı “referendum”unun nəticələri martın 4-də elan olunacaq.

Həm mühafizəkarların, həm sosial-demokratların razılıq verəcəyinə ehtimal var. Lakin Almaniyada hər kəs əmindir ki, dördüncü müddət Merkel üçün sonuncu olacaq. XDİ-də hesab edirlər ki, 2021-ci ildə kansler seçkilərində onların namizədi olacaq varis barədə düşünmək vaxtıdır. Axı namizədin təbliği üçün vaxt tələb olunur.

Anneqret Kramp-Karrenbauer belə bir namizəd ola bilər. Bu günlərdə Angela Merkel XDİ-nin baş katibi vəzifəsinə onun namizədliyini təklif edib.

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5727 san