20:40 21 Fevral 2018
384 dəfə oxunub
Çap versiyası
...

Fevralın 21-də Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə səfirlikdən məlumat verilib.

Memorandum Azərbaycan-Çexiya ticari-iqtisadi münasibətlərinin inkişafına, hər iki ölkənin işgüzar dairələri arasında təmasların təşviqinə, eləcə də Çexiyada Azərbaycanın təbliğinə xidmət edəcək.

Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında indiyə qədər uğurlu əməkdaşlıq davam edir. Belə ki, əməkdaşlığın nəticəsi olaraq, Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) ilə səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9451 san