21:08 21 Fevral 2018
502 dəfə oxunub
Çap versiyası
...

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da faktı təsdiqləyib.

Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidəki evlər qeyri-qanuni, sənədsizdir və orada yaşayan əhalinin böyük hissəsinin pasport qeydiyyatı yoxdur. Burada xeyli sayda məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin evlər bir gecədə tikilib, möhkəm təməli olmayan gecəqondulardır.

Buna baxmayaraq, vətəndaşların mövqeyi nəzərə alınmaqla, dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub.

Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin bank hesabına köçürülüb. Bu gündən onlar vəsaiti ala bilərlər. Digər vətəndaşlardan da sənədlərini təqdim etmələri xahiş olunur.

 

İcra Hakimiyyətindən bildirilib ki, Bayıl yamacında baş vermiş sürüşmə zamanı tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub

 

O da qeyd edilib ki, sürüşmə sahəsində alim və mütəxəssislər çalışır və ərazi nəzarətdədir. Mütəxəssislərin çıxaracağı rəyə uyğun olaraq Nazirlər Kabinetində tikililərin gələcək taleyi barədə qərar qəbul ediləcək və məsələ hüquqi müstəvidə həll olunacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9176 san