09:28 22 Fevral 2018
1844 dəfə oxunub
Çap versiyası
...

Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım. O kəsləii deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə. Çünki hükemâlar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər". 
Ey mənim Müsəlman qardaşlarım. Zəmânə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb ve gözlərinizi yumub, o qədər "ha-ha" edib güldünüz ki, az qaldı bağırsaqlarmız yırtılsın ve des-mal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana" dediniz, vaxt elə gümân etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. 
Ey mənim Müsəlman qardaşlarım. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağmıza ve diqqətlə baxınız camâlımıza. 
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim Türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlâlət edir. Amma hərdənbir keçmiş günləri yâd etmək lazımdır; salınız yâdınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sâkit olmurdunuz. Axırı bîçârə ananız sizə deyirdi: 
-Bala, ağlama, xortdan gələr, səni aparar. -Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. 
Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yâd etməyin nə eybi var?
 

Cəlil Məmmədquluzadə


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5368 san