16:30 22 Fevral 2018
491 dəfə oxunub
Çap versiyası
...

Artıq həyatımızın böyük bir parçası halına gələn cib telefonları, kainatın ən böyük gerçəklərindən biri olan radiasiyanı yayırlar. Əslində təməl olaraq planetdəki hər elektronik cihaz radiasiya saçır. Ancaq bu cihazlar arasında ən çox yanımızda, cibimizdə və uzun müddət boyunca qulağımızda saxladığımız cib telefonlarıdır. Sözsüz ki, sağlamlığımıza olan təsirləri də böyük maraq mövzusudur.

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, cib telefonunun yaydığı radiasiya danışan zaman və cibimizdə daşıdığımız halda fərqlənir. Naqilsiz ünsiyyətin bir yolu olaraq səs məlumatının ötürülməsi əsnasında cihazlar radiasiya saçır və bu da birbaşa beynimizi və baş bölgəmizi hədəfə allr.

Mütəxəssislər mövzu barəsində geniş məlumat verdilər: "Radiotezlik dalğalarının bir xüsusiyyəti var. Suyu istilədir. Bədənimizin çox böyük bir nisbəti sudur. Xüsusi istilik xəritələri hazırlandı. Termal kameralar sayəsində bədənin nə qədər istiləndiyini görə bilirsiniz. Baxdığınız zaman üz istiliyi normal, şah damarın keçdiyi yerdə bir istilik artımı var. Qulağımızın dərhal qarşısında yenə bir istilik artımı var. Bir də alınımızda bir istilik artımı görürsünüz. Telefonla danışdıqdan 15 dəqiqə sonra alınan bir istilik xəritəsində haradasa bir yanıq meydana gəlmiş qədər istilik artımı olduğu görülür".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7541 san