20:26 22 Fevral 2018
600 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanın Qarsdakı baş konsulluğunun və Türkiyənin Qars vilayətinin Ağyaxa rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Anadolu liseyində “Xocalıya Ədalət!” mövzusunda anım mərasimi keçirilib.

Mərasimdə Arpaçay və Ağyaxa rayonlarının icra hakimiyyətlərinin başçısı Abdil Qoç, Ağyaxa bələdiyyəsinin sədri Muhammed Toptaş, Ağyaxa tabor komandanı Cem Yay, Ağyaxa Jandarma bölük komandiri Serkan Erbaş, rayon Təhsil İdarəsinin müdiri Rıfkı Yağcı, Ədalət və İnkişaf Partiyasının Ağyaxa rayonu üzrə sədri Mustafa Bulut və digər rəsmi şəxslər, o cümlədən bölgə ictimaiyyətinin nüfuzlu nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımının səbəb və nəticələri ilə bağlı çıxış edib. Xocalı soyqırımının tanınması ilə bağlı görülən işlərdən danışan baş konsul təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda doğurduğu acı nəticələrindən danışıb. Qeyd edib ki, terroru dəstəkləmək və ondan bəhrələnmək Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.

Mərasim bədii proqramla davam edib.

 

Sabir Şahtaxtı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:29 17.06/2018
Cəbhədən SON XƏBƏR
09:32 16.06/2018
 
Xəbər başlıqları
19-06-2018
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6205 san