23:26 22 Fevral 2018
533 dəfə oxunub
Çap versiyası
...

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə elan olunan “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri fevralın 22-də mükafatlandırılıb.

BŞGİBİ-dən  bildiriblər ki, tədbirdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Xocalı soyqırımı ilə bağlı vidoçarx nümayiş olunub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatı Sona Əliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digərləri tədbirdə çıxış edərək mənfur ermənilərin iki əsr boyunca xalqımıza qarşı törətdikləri etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Xocalı soyqırımının bəşəriyyət əleyhinə ən qanlı qətliamlardan olduğunu vurğulayan natiqlər bu qanlı cinayəti törədənlərin ifşası, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu tədbirlərdən danışıblar. Çıxışlarda bu baxımdan tarixçilər və tədqiqatçılarla yanaşı, gənclərin də üzərinə mühüm vəzifələr düşdüyü qeyd olunub.

Sonra inşa yazı müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb. Nərimanov rayonundakı 34 nömrəli tam orta məktəbin şagirdi Ayşən Qocayeva birinci, Nizami rayonundakı 10 nömrəli orta məktəbin şagirdi Məhrubə Abdullayeva ikinci, Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin şagirdi Rəhimə Məmmədova isə üçüncü yerə layiq görülüblər.

Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6034 san