09:30 23 Fevral 2018
654 dəfə oxunub
Çap versiyası
...

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Keçirilən 15 oyunla 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.

"Arsenal" Londonda "Ostersun"u qəbul edib. Səfərdə keçirilən ilk görüşdə 3 cavabsız qolla qalib gələn "topçular" öz meydanında 1:2 hesabı ilə yenilsə də, mərhələ adlayıb.

"Milan" öz meydanında "Ludoqorets"i sınağa çəkib. Bolqarıstanda qeydə alınan 3:0 hesablı qələbəyə baxmayaraq, İtaliya təmsilçisini doğma divarlar arasında da 1:0 hesablı qələbə qazanmaqla 1/8 finala yüksəlib.

"Borussiya" İtaliyada "Atalanta"nın qonağı olub. Dortmundda keçirilən ilk görüşdə Almaniya klubu 3:2 hesablı qələbə qazanmışdı. "Atalanta" uzun müddət hesabda öndə olsa da, sona 7 dəqiqə qalmış buraxılan top "Borussiya"nı 1/8 finala daşıyıb. 

Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilirdi. Danimarkada keçirilən ilk oyunda Madrid klubu 4:1 hesablı qələbə qazanmışdı. "Atletiko" cavab görüşündə də üstün tərəf olub - 1:0.

Qeyd edək ki, artıq 1/8 finalın ilk iştirakçısı "Srvena Zvezda"nı mübarizədən kənarlaşdıran Moskva MOİK-idir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.5583 san