11:15 23 Fevral 2018
442 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,6 milyon barrel (0,4 faiz) azalaraq 420,5 milyon barrel olub.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,8 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,8 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 664,9 milyon barrelə geriləyib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,3 milyon barrel (0,1 faiz) artaraq 249,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,3 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 867 min barrel azalaraq 7,02 milyon barrel olub. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 722 min barrel artaraq 2,04 milyon barrel təşkil edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:22 22.09/2018
Neft bahalaşıb
11:04 21.09/2018
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0499 san