13:06 23 Fevral 2018
369 dəfə oxunub
Çap versiyası
...

 

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib.

Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7242 san