13:22 23 Fevral 2018
476 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reyd zamanı Gəncə şəhəri Kəpəz rayonu Səfəvilər küçəsi 126 saylı binanın qarşısında yaşköküstə 12-22 sm diametrliyində 3 ədəd tut ağacının kəsildiyi aşkar edilib.

 

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağcabədidə yanğın
07:51 23.09/2018
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8739 san