16:30 23 Fevral 2018
665 dəfə oxunub
Çap versiyası
...

Yadplanetliləri ancaq fırıldaqçılar görür.

Bu fikirləri astoronom, professor Ethem Derman deyib.

Bu istiqamətdə çoxlu araşdırma apardığını qeyd edən E.Derman bu vaxta qədər teleskopların bir dəfə də olsun yadplanetli qeydə almadığını bildirib:

"Hər kəs yadplanetli gördüyünü deyir, amma 100-dən çox teleskopla bütün günü göyün şəklini çəkirik, bir dəfə də olsun yadplanetli qeydə almamışıq. Yadplanetliləri ancaq bu işdən qazanc əldə edən fırıldaqçılar görür, beynini bununla məşğul edən və bəzi ağlı başında insanları da inandırırlar”.

E.Derman bildirib ki, işıq sürətilə hərəkət edən kosmik gəmi hazırlasaq belə, o ən yaxın ulduza 4 ildə çata bilər.

"İşıq sürəti saniyədə 300 min kiilometrdir, NASA-nın ən sürətli kosmik gəmisi isə saniyədə 17 km sürətlə hərəkət edir. Bəs yadplanetlilər hardan gəlir? Bizim Günəş sistemində heç bir həyat əlaməti yoxdur. Ən yaxın ulduz Proxima Centauridir ki, o da Günəşə 40 trilyon kilometr uzaqdadır. Bu qədər yolu necə gələ bilir yadplanetlilər? 3675 planetdən yaşamaq mümkün olanlardan araşdırma apardıq, lakin heç birində həyat əlaməti tapmadıq”, - deyə astronom bildirib./publika.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.0126 san