19:35 23 Fevral 2018
393 dəfə oxunub
Çap versiyası
...

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon iştirak edəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə İqor Dodonun Azərbaycana səfəri nəzərdə tutulub.

Forum çərçivəsində “Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcək iclasda Moldova Prezidenti İqor Dodonun çıxışı planlaşdırılır. 

Qeyd edək ki, VI Qlobal Bakı Forumunda Albaniya Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:57 23.09/2018
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
23-09-2018
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9586 san