11:49 26 Fevral 2018
1721 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Şənbə günü, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada atəşin dərhal və azı növbəti 30 gün müddətinə dayandırılması barədə qətnamə qəbul edib. Bu qətnamənin məhz indi – Ankara “Suriya operasında” özünün (şəxsən mənim çoxdan gözlədiyim) “Zeytun budağı” əməliyyatı şəklində ariyasını ifa etməyə başladığı bir vaxtda tələsik qəbul edilməsi barədə ayrıca söhbət açmaq olar. Amerikapərəst kürdlərin İŞİD üzərinə və ya Əsədin qüvvələrinin və onlarla müttəfiq olan “çvk-vaqnerlərin” Hələbdə Türkiyə tərəfdən dəstəklənən mötədil müxalifət üzərinə hücum etdikləri vaxtda isə buna oxşar bir qətnamə qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasını çağırmaq heç kəsin ağlına gəlməmişdi. Hamıya aydın idi ki, hətta həmin günlərdə daha dəhşətli hərbi cinayətlər törədilməsinə baxmayaraq, birinci halda amerikalılar, ikinci halda isə Smolensk meydanını təmsil edənlər səsvermə zamanı veto qoyacaqlar.

Amma “Zeytun budağı” əməliyyatı başlananda, bu əməliyyat demək olar ki, bütün oyunçuların kartlarını qarışdırdı və onlar başa düşdülər ki, Ankaranı YPG-ni darmadağın etmək fikrindən daşındırmaq mümkün olmayacaq, onda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil olan oyunçular birdən-birə özlərini “sülhyaradanlar” kimi göstərməyi qərara aldılar və haqlı olaraq güman etdilər ki, Təhlükəsizlik Şurasında qətnamə barədə ciddi fikir ayrılıqları olmayacaq.

Bu fonda Əsəd rejiminin və onun müttəfiqlərinin Dəməşqdən Şərqdə yerləşən Şərqi Quta regionuna hücum etmək üçün seçdikləri məqam çox şübhəli görünür. Görəsən Şərqi Qutada ciddi blokadaya alınmış və praktiki olaraq məhvə məhkum olan müxalifət anklavına məhz indiki vaxtda qəflətən hücum etmək nə dərəcədə “təcili” və hərbi baxımdan zəruri idi? Əslində bu məsələ üzərində baş sındırmağa dəyməz: rejimin və onun müttəfiqlərinin əvvəllər də qeydə alınmış ənənəvi hərbi cinayətləri əlavə psixoloji fon yaratmaq üçün lazım idi, bu fonda BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimlərinsə tərəfindən veto qoyulmadan, hətta dünya ictimaiyyətinin gurultulu “ura” sədaları altında qəbul edilərdi. Yəni, “görürsünüzmü, biz Qutada insanların həlak olmasına son qoyduq və bütün dünya bizi alqışlayır”.

Bunu anlamaq üçün çox dərin ağıl lazım deyil ki, son günlərdə Şərqi Qutada bombardman nəticəsində həlak olmuş bu binəsib mülki şəxslər yalnız “Zeytun budağı” əməliyyatının daha da genişlənməsinə qarşı yönəlmiş qətnamə qəbul edilməsi üçün psixoloji fon yaradılması uğrunda canlarından keçiblər.

Maraqlıdır ki, YPG-dən olan başkəsənlər qətnamə qəbul ediləndən cəmi bir neçə dəqiqə sonra (elə bil BMT Təhlükəsizlik Şurasının iclas salonundan kimsə onlara məruzə edirmiş) Afrindən bəyanatla çıxış edərək bildirdilər ki, onlar “bu sənədi yerinə yetirməyə tam hazırdırlar”.

Bunun cavabında türkiyəli general dedi: “Əvvələn, İŞİD-in fikrini heç kəs soruşmadığı kimi sizin, terrorçuların da fikrini heç kəs soruşmur. İkincisi, terrorizmə qarşı mübarizədə “atəşkəs rejimi” olmur və qəbul edilmiş qətnamə terrorçulara yox, legitim qüvvələrə aiddir”.

Ona görə təəccüblənməyə dəyməz ki, türkiyəli generalın bu cür kəskin cavabından dərhal sonra Dəməşqdən “B” planı alındı, bu dəfə YPG-nin Afrində geri çəkilən bandalarını öz qüvvələri ilə əvəz etməyə hazır olması təkrarlandı. Görünür, vəziyyətə bir növ “legitimlik” çaları vermək üçün bununla demək istəyirdilər: “Biz terrorçular deyil, qanuni hakimiyyətik”.

İndi söz türklərindir. Onlar sona qədər qətiyyəti saxlayacaq, yoxsa YPG hamilərinin bu çoxgedişli hiyləsinə aldanacaqlar? Bu sualın cavabı yaxın günlərdə, bəlkə də yaxın saatlarda məlum olacaq.

Lakin bir məsələ aydındır: YPG/PKK məsələsinin birdəfəlik və həmişəlik həll edilməsini okeanın o tayında kimlərsə əsla istəmirlər.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5806 san