09:06 02 Mart 2018
Çap versiyası
...

Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm. 

Qurultayda Azərbaycan-Ermənistan münasibətləri və torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə də toxunan Prezident İlham Əliyev demişdi: 

"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq'' [i] 

Bu bəyanatdan sonra başda Ermənistan Prezidenti Serj Sərkisyan olmaqla, XİN-dən, Ermənistan parlamentindən müxtəlif rəsmilər "bir qaşıq suda tufan qoparmağa'' başladı və bu məsələni ölkə sərhədlərindən kənarda müzakirə edilməsinə çalışdı. 

İstər Ermənistanın, istərsə də Rusiya və Fransanın məsələyə münasibət bildirməsini analiz etmədən əvvəl Ermənistan Prezidenti Serj Sərkisyanın Azərbaycan və Türkiyəyə yönəlik torpaq iddialarını qısaca xatırlatmaq yerində olardı. 

2011-ci ildə Ermənistanda təşkil edilən erməni dili və ədəbiyyatı yarışmasında qalib gələnlər Prezident Serj Sərkisyan ilə görüşərkən, yarışmanın qaliblərindən biri ona belə bir sual vermişdi: "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?'' Sərkisyan bu suala belə cavab vermişdi: "Bu sizin nəslinizə bağlıdır. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir parçası olan Artsaxı (Dağlıq Qarabağı) düşmənin əlindən qurtardıq. Hər nəslin bir vəzifəsi vardır. Siz də irəlidə bizim kimi vəzifələrinizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizə bağlıdır.'' (http://www.haberiniz.com/yazilar/haber36711-Karabagi_biz_aldik_Agriyi_size_biraktik.ht­ml). Bu informasiya Prezidentin rəsmi veb səhifəsinə yerləşdirilmişdir. (http://president.am/events/visits/rus/?visits=2&id=290). 

Serj Sərkisyan ABŞ-da fəaliyyət göstərən Carnegie Beynəlxalq Sülh Fondunun proqram direktoru olan Tomas de Vala verdiyi müsahibədə Xocalı soyqırımı ilə bağlı belə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələrini dəyişdirmək lazımdı. Elə də oldu. Əslində bizim müharibəmiz digərlərindən fərqliydi. Bizdə etnik təmizləmə yaşandı. Başqa cür olmazdı da...''  [ii] 

Serj Sərkisyan Türkiyə ilə bağlı suala verdiyi cavabda Azərbaycan torpaqlarını işğal etdiklərini, Türkiyədən torpaq tələb etdiklərini, Xocalı ilə bağlı dediklərində isə azərbaycanlılara qarşı, özünün də qeyd etdiyi kimi mülki əhaliyə qarşı soyqırımıtörətdiklərini etiraf etmişdir. 

Maraqlısı odur ki, Prezident İlham Əliyevin İrəvanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya və Fransa Sərkisyanın bu söylədiklərinə səssiz qalmışdı. Burada incə bir məqamı açıqlamaq vacibdir. Sərkisyanı törətdiyi hərbi cinayətlərinə görə ittiham etməyən Rusiya və Fransa, Prezident İlham Əliyevin dilə gətirdiyi fikirlərə tələsik münasibət bildirmişdir. Bu iki ölkənin də ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğunu da vurğulamaq lazımdır. 

YAP-ın qurultayında Prezident İlham Əliyevin dediyi kimi "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.'' Bəli, bunu Ermənistan da, Rusiya da, Fransa da çox gözəl bilir. Amma mövcud reallıqlarda bunu dilə gətirməyə cəsarətləri çatmır, torpaqları işağa məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında olduqlarını bildirirlər. 

Aşağıda İrəvan Xanlığının və Naxçıvanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra elə Rusiya məmurlarının hazırladıqları əhalinin siyahıya alınması cədvəlinə heç bi şərh vermədən paylaşıram. Bu Rusiya arxivlərində olan statistik məlumatlardır.   

 

Tablo 1. Erməni əyaləti əhalisinin siyahıya alınmasının nəticələri (1832. İ.Şopenə görə). [iii] 

Adı 

Müsəlmanlar 

(Azərbaycanlılar) 

Yerli ermənilər 

İrandan köçən ermənilər 

Osmanlıdan köçən 

ermənilər 

Cəmi 

 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

1. İrəvan mərkəz 

1807 

7331 

567 

2369 

366 

1715 

11 

48 

2751 

11463 

Qəzalar 

1.Qırxbulaq 

81 

383 

262 

1396 

216 

1043 

38 

231 

597 

3053 

2.Zəngibasar 

910 

5413 

133 

603 

442 

2360 

1485 

8376 

3.Gərnibasar 

753 

4176 

34 

145 

1211 

5359 

1998 

9680 

4.Vedibasar 

574 

3449 

15 

200 

1069 

776 

4533 

5.Şərur 

1306 

6510 

336 

1757 

1641 

8267 

6.Sürməli 

709 

4832 

935 

5892 

299 

1459 

261 

1342 

20204 

13525 

7.Dərəkənd-Parçenis 

589 

3267 

590 

3272 

8.Seedli 

160 

1004 

160 

1004 

9.Talin 

91 

420 

74 

416 

185 

1144 

350 

1980 

10.Seyidlı ve Ağsaqqalı 

311 

1754 

28 

317 

1782 

11.Sərdarabad 

276 

1337 

469 

3214 

66 

356 

21 

815 

5428 

12.Körpübasar 

400 

2592 

897 

5290 

518 

2897 

35 

176 

1850 

10955 

13.Abaran 

11 

58 

330 

2018 

1116 

6857 

1487 

8933 

14.Dərəçiçək 

231 

1300 

92 

552 

575 

3535 

539 

3263 

1437 

8650 

15.Göyçə 

9196 

49875 

3498 

20073 

4559 

23568 

3674 

21639 

20927 

115155 

 

Naxçıvan əyaləti 

Adı 

Müsəlmanlar 

(Azərbaycanlılar) 

Yerli ermənilər 

İrandan köçən ermənilər 

Osmanlıdan köçən ermənilər

Cəmi 

Naxçıvan mərkəz 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Qəzalar 

1.Əlincəçay 

909 

3641 

156 

719 

265 

1110 

1330 

5470 

2.Naxçıvan 

979 

4194 

150 

776 

941 

4507 

2070 

9477 

3.Mevazi-Xatun 

282 

1497 

43 

224 

498 

2643 

4.Hök 

292 

1375 

43 

224 

335 

1599 

5.Dərələyəz 

1001 

6510 

336 

1757 

27 

1574 

30507 

Cəmi 

3893 

17138 

530 

2690 

2137 

10652 

27 

1574 

30507 

 

Ordubad əyaləti 

Adı 

Müsəlmanlar 

(Azərbaycanlılar) 

Yerli ermənilər 

İrandan köçənermənilər 

Osmanlıdan 

köçən ermənilər 

Cəmi 

 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Aile 

Adam 

Ordubad merkez 

767 

3262 

36 

182 

803 

3444 

Qəzalar 

1.Ordubad 

146 

552 

36 

215 

14 

76 

196 

843 

2.Eylis 

77 

347 

214 

1356 

29 

183 

320 

1886 

3.Dəstə 

317 

1533 

62 

346 

379 

1879 

4.Biləv 

289 

1210 

39 

208 

499 

2317 

5.Çənnəp 

79 

343 

49 

263 

128 

606 

Cəmi 

1675 

7247 

400 

2388 

250 

1340 

2325 

10975 

 

Erməni əyalətində cəmi 

 

Müsəlmanlar 

Yerli ermənilər 

İrandan köçənlər 

Osmanlıdan 

köçən ermənilər 

Yezidi Kürdleri 

Cəmi 

Cəmi

16078

81749

4428

25151

6949 

35560 

3682

21666 

67 

180 

31201 

164450 

                         

 

Tablo 2. 1914-1920-ci illərdə bu günkü Ermənistan sərhədləri daxilində etnik qruplar[iv] 

 

1914 

1916 

1918 

1919 

1920 

 

Min nəfər 

Cəmi% 

Min nəfər 

Cəmi% 

Min nəfər 

Cəmi% 

Min nəfər 

Cəmi% 

Min nəfər 

Cəmi% 

Ermənilər 

646,1 

65,9 

739,9 

68,4 

931,2 

73,3 

877,5 

91,2 

691,0 

95,7 

Müsəlmanlar 

279,7 

28,5 

282,5 

26,8 

290,0 

22,8 

58,5 

6,1 

10,0 

1,4 

Türklər 

265,1 

27,0 

167,1 

25,4 

10,0 

1,4 

Kürdlər 

14,6 

1,5 

15,4 

1,4 

Digərləri 

55,1 

5,6 

50,0 

4,8 

(50,0) 

3,9 

25,7 

2,7 

21,0 

2,9 

Cəmi 

980,9 

100,0 

1052,9 

100,0 

1271,1 

100,0 

691,7 

100,0 

722,0 

100,0 

 

Tablo 3. 1989-2011-ci illərdə Ermənistanın etnik xüsusiyyəti [v] 

Etnikler 

Azlıqların 1989-cu ilə görə sayıları[vi] 

Azlıqların 2001-ci ilə görə sayıları[vii] 

 

Azlıqların 2011-ci ilə görə sayıları 

Yezidilər 

51 976 (1,6 %) 

40 620 (1,3 %) 

35 308 (1,2 %) 

Ruslar 

51 555 (1,6 %) 

14 660 (0,5 %) 

11 911 (0,4 %) 

Asurilər 

5 963 (0,2 %) 

3 409 (0,1 %) 

2 769 (0,09 %) 

Kürdlər 

4 151 (0,1 %) 

1 519 (0,05 %) 

2 162 (0,07 %) 

Ukraynalılar 

8 341 (0,2 %) 

1 633 (0,05 %) 

1 176 (0,04 %) 

Yunanlar 

4650 (0,1 %) 

1176 (0,04 %) 

900 (0,03 %) 

Gürcülər 

1 364 (qalanlar arasında 0,3 %) 

696 (qalanlar arasında 0,1 %) 

617 (0,02 %) 

Farslar 

Bilgi yok 

Məlumat yoxdur 

476 (0,02 %) 

Beloruslar 

1061 (qalanlar arasında 0,3 %) 

257 (qalanlar arasında 0,1 %) 

Məlumat yoxdur 

Almanlar 

265 (qalanlar arasında 0,3 %) 

133 (qalanlar arasında 0,1 %) 

Məlumat yoxdur 

Yəhudilər 

676 ((qalanlar arasında 0,3 %) 

109 (qalanlar arasında 0,1 %) 

Məlumat yoxdur 

Polşalılar 

270 (qalanlar arasında 0,3 %) 

97 (qalanlar arasında 0,1 %) 

Məlumat yoxdur 

 

Hatəm Cabbarlı, 

siyasi elmlər doktoru


[i] Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib, https://azertag.az/xeber/Bakida_Yeni_Azer­baycan_Partiyasinin_VI_qurultayi_kechirilib_YENILANIB_4-1135286, 08.02.2018. 

[ii] ‘Serzh Sargsyan Interview Revisits Khojaly and the Karabakh War,’ http://www.eurasianet.org/node/65055, February 27, 2012. 

[iii] Şopen İ.İ, ‘İstoriçeskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v epokhu prisoedineniya k Rossiyskoy imperii’, SPB, 1852, str. 543-599. 

[iv] Каvkazskiy kalendar na 1917 god. Тiflis, 1916. Statiçeskiy otd., Str. 177-237; Korkotyan Z, Naselenie Sovetskoy Armenii za poslednie sto let, str. 164 -167, 184-185, XLVI-XLVII (na arm. Yaz.); Vosstanavlenie narodnogo khozyaysta Armyanskoy SSR (Мaterialı i dokumentı za 1921-1928 gg.) / Pod red. А.О. Маarukhyana, Еrevan, 1958.C.V. (Etniçeskiy sostav isçislen avtorom), V istoçnikakh azerbaydjançı pokazanı pod nazvaniem "musulman” ili "turok” 

[v] Etniçeskie menşinstva v Armenii, https://ru.wikipedia.org/ 

[vi] Buniatyan, Gayane ‘How does Armenia educate its public administrators in protecting and managing ethnic diversity?’, Yerevan State University. http://www.nispa.org/files/conferences/2006/papers/20060417231638­0.Gaya-ne%20Buniatyan%20Paper%20on%20Ethnic%20Minorities%20of%20Armenia.doc 

[vii] Postoyanoe naselenie po vozrastu i naçionalnosti. Dannıe perepisı Respublika Armeniya 2001 г., http://docs.armstat.am/census/pdfs/51.pdf 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.3569 san