22:29 07 Mart 2018
1617 dəfə oxunub
Çap versiyası

 

85 yaşlı “Mübariz keşikdə” qəzetinə

 

1933-cü il martın 9-da bahar çiçəyi kimi qarın altından çıxıb Günəşə pərvazlanan, yarpaq yeri təzəcə göyərən “Mübariz keşikdə”miz ərsəyə gələndə onun illər sonra köklü-köməcli bir ağac olacağına bəlkə də çoxları inanmamışdı. Bəlkə də 3 il, 5 il keçəndən sonra zamanın sınağından çıxmayanların cərgəsinə qoşulacağını zənn etmişdilər onun. Ancaq belə olmadı. Günü-günə, ili-ilə calayan bu qəzet 1941-1945-ci illər müharibəsinin də sınağından üzüağ çıxıb tarixdə iz qoymaq üçün çarpışanların ömür yoluna işıq oldu. Bu qəzetin səhifələrində heç kim və heç nə unudulmadı...

Sovet milisinin tarıxını zənginləşdirən, ən ağır cinayətlərin üstünü peşəkarlıqla, min bir zəhmət bahasına açan Azərbaycan övladlarının adını məhz onun vasitəsilə qeyri-millətlərin nümayəndələri də gördülər və oxudular. Milli kimliyimizi, tarixi əzəmətimizi, ən ümdəsi, dilimizin şəhdini-şirəsini kiçik həcmi ilə, ancaq böyük fədakarlıqla qorudu “Mübariz keşikdə”.

Müstəqilliyin ilk illəri xalqımız kimi onun da taleyində ağlı-qaralı qaldı. Aylarla işıq üzünə həsrət qaldı, çap olunmadı, hətta kimsənin belə yadına düşmədi. Xeyli müddət o da unudulmaq faciəsini ağrısını yaşadı...

Ancaq həmin gün gəldi. Bu o gün idi ki, “Bir zaman bu adda, bu nişanda bir qəzet vardı və bizim sözümüz, söhbətimiz, problemimiz, ən əsası, zəhmətimiz ondan boy verirdi” deyənlər “Mübariz keşikdə”ni yenidən gün işığına çıxardılar.

İndi o illər çox uzaqda qalıb. Əlbəttə, 85 yaşlı müdrik, eyni zamanda kövrək və həmişəcavan bir qoca ilə ötənləri bölüşmək elə də asan deyil. Və doğru deyiblər ki, həqiqət nurdu, haradan olsa, görünəcək.

“Mübariz keşikdə” Azərbaycan Polisinin dünəni, bu günü və sabahının aynasıdır. Həm də onun yaşadığı çətin və şərəfli tarixin özüdür. Diqqət yetirsək, görərik ki, DİN-in həyatında baş verənlərdən tutmuş, ölkə gündəmində maraqla izlənilən ən mühüm hadisələr onun səhifələrində əbədiləşir. Bəli, məhz əbədiləşir, çünki yazıya pozu yoxdur.

Biz demirik ki, “Mübariz keşikdə” Azərbaycan mətbuatına, jurnalistikasına korifeylər verib. Ancaq bu da həqiqətdir ki, “Mübariz keşikdə” məktəbindən keçən onlarla aydınımız, yaradıcı insan həm DİN-in, həm də ölkəmizin həyatında öz sözünü deyib.

100 yaşlı Azərbaycan Polisinin kiçik, “Asayişin keşiyində” jurnalının böyük qardaşı və bu gün bizlərin də imzasını, adını öz adının işığında qoruyub-saxlayan, həyat verən 85 yaşlı “Mübariz keşikdə” milli mətbuatımızın ağsaqqalı yaşına çatmış 2-3 qəzetindən biridir.

O, günümüzün qəhrəmanlarının tribunası, söz xəzinəsidir. Aylar, illər ötəcək, yaş üstünə yaş gələcək, “Mübariz keşikdə” də daim gəncləşən Azərbaycanla hələ çox tarixlərin söz heykəlini əbədləşdirəcək...

 

P.S. Bu bahar ətirli gündə DİN Mətbuat Xidmətinin bütün əməkdaşlarını, fədakar “Mübariz keşikdə”çiləri təbrik edir, onlara Söz ömrü arzulayıram...


Müəllifin digər yazıları

  1. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  2. Tanıyın!... O, Azərbaycan Polisidir...
  3. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  4. 100-ə nə qaldı...
  5. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  6. “Gül var Xocalıdan sonra açılmır...”
  7. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  8. Ünvanına yetişən məktublar...
  9. Azadlığa can vermişik...
  10. Xilaskar
  11. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  12. Bu köç hara gedir?...
  13. Uğurlu yollarla irəli…
  14. Tarixə dönənlər...
  15. Biz onları unutmadıq... FOTO
  16. Sizinlə qürur duyuruq… FOTOLAR
  17. Vətəndaşın güvənc yeri
  18. Könül adamı...
  19. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  20. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  21. Vətənin başladığı yerdə… FOTOLAR
  22. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  23. “Mən Azərbaycanlıyam” demək haqqı...
  24. Bu, xilaskar ömrüdür...
  25. Uşaqlar ölməsin....
  26. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  27. Polis-döyüşə hazır əsgər kimi ...
  28. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  29. Xilaskarlar… (FOTO)
  30. Yeni maşınlar təqdim edildi
  31. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  32. “Vicdanlı” başlıqlar...
  33. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  34. Vətənpərvər və sağlam gənclik üçün…
  35. Vətən üçün, xalq üçün və gələcək üçün...
  36. Onun rəngli dünyası... (FOTO)
  37. Ölümün ağ rəngi... (Fotolar)
  38. “Artıq gecdir” deməmək üçün...
  39. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  40. Görüşə polislər gəlmişdilər...
  41. Polislər bu nəcib işdə birincidirlər
  42. Haqqı görə bilmək xoşbəxtliyi...
  43. Bəxtiyar olmaq...
  44. Əbədiyaşar…
  45. Etibar edənlər peşman olmur…
  46. Bir həsrət yazısı…
  47. Tələsin insanlar...
  48. Azadlıq rəngli Bayrağım!
  49. Sabahı bu gün düşünək...
  50. Çətin qazanılan şirin nemət-Azadlıq…
  51. Sabitlik adlı sərvətimiz…
  52. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  53. 90 yaşın işığında… - FOTO
  54. İtirdiklərimiz…
  55. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  56. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  57. Çörək satıb, çörək qazanan qadın...
  58. AĞLAMA
  59. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  60. 20 yanvar-Vətən tarixi...
  61. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  62. Həmrəyliyə gedən yollar
  63. “Yox deməyi bacaraq”!!!
  64. On iki il, bir ömürlük həsrətdi hey....
  65. Vətən üçün...
  66. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  67. “Küçə uşaqları”nın gələcəyi...
  68. Çəkdim ki, izim qala...
  69. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  70. Gələcəyimizin sağlamlığı üçün...
  71. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  72. “Söz”dən sonra….
  73. Vətən daşı olmaq üçün... Foto
  74. Ölüm ömrün sonu deyil… Foto
  75. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  76. Xalq, dövlət və bayraq üçün… Foto
  77. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  78. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  79. Sən yanmasan, mən yanmasam...
  80. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  81. Sahibsiz köçün hekayəsi...
  82. Rahatllıq da bir xoşbəxtlikdir...
  83. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  84. Gələcək üçün, gənclik üçün...
  85. Andına sadiq Azərbaycan Polisi…
  86. Vətən unudulmur, Vətən unutmur… Foto
  87. Ümidləri doğrultmaq üçün...
  88. İyirmi beş il, iyirmi beş qərənfil...
  89. Bir “həmkarıma...
  90. Bayram günlərində də...
  91. Bu, elə bir bəladır ki...
  92. “Uğur olsun”, deyirik…
  93. Azərbaycan deyiləndə ayağa dur ki...
  94. Hər atılan daşa...
  95. O, həmişə bizimlədir
  96. Bir oğul var... - Fotolar
  97. Qayğı da var, nəzarət də
  98. Görüşməyək, qorxuram...
  99. Dərdin adı Xocalı...
  100. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  101. Bayrağımızı ucaldanlar... -Fotolar
  102. Rənglər danışır, biz isə susuruq...
  103. Vətəndaş kömək umur, kömək görür...
  104. Arzu dolu ömür yolu... - Foto
  105. Kaş, yuxum çin olaydı...
  106. Belə bir oğul vardı... - Fotolar
  107. Belə “qəhrəmanlıq” olmur...
  108. Ağ qadın
  109. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  110. Yollara
  111. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  112. Həsrətinə bir film çəkmək istəyirəm...
  113. Bir gözəl gəzirəm məni öldürə
  114. Ürək
  115. Bir məktub, bir ailənin sevinci...
  116. 23 ay-23 il...
  117. Qayıtma
  118. Qocalar
  119. Həsrət
  120. Məktub
  121. Bir ömrün yuxusu
  122. Ayrılıq ölüm deyil...
  123. Ehtiyac ölümdən qorxuludur...
  124. Atamın 55 yaşı...
  125. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-05-2018
19-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3005 san