22:10 12 Mart 2018
715 dəfə oxunub
Çap versiyası
...

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-də stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Federasiyadan  bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyır. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.

Yarışlar martın 16-dək davam edəcək. Turnirin qalibləri və onların məşqçiləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları ilə təltif olunacaqlar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6475 san