08:59 13 Mart 2018
1147 dəfə oxunub
Çap versiyası
...

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sabunçu rayon polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Marif Məmmədovda odlu silah-sursat olması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun Nardaran-Maştağa massivində yaşadığı evə baxış keçirilən zaman orada gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, həmçinin 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.



 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-08-2018
14-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.573 san