09:53 13 Mart 2018
605 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

Nazirlikdən  verilən məlumata görə, reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018
16-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6244 san