10:41 13 Mart 2018
518 dəfə oxunub
Çap versiyası
...

FİFA Yunanıstan Futbol Federasiyasına ağır cəza verə bilər.

Bu barədə “BBC” telekanalının əməkdaşı Riçard Konvey şəxsi “Twitter” hesabında məlumat paylaşıb. O yazıb ki, ali futbol qurumu ölkə çempionatının son turunun PAOK – AEK oyununda baş verənlərə görə Yunanıstanın bütün beynəlxalq futbol yarışlarından kənarlaşdırılmasını nəzərdən keçirir:

“Əgər yerli idarəetmə orqanı və səlahiyyətli qurumlar milli müsabiqələrin mütəmadi keçirilməsi məqsədilə bütün növ zorakılıq hallarının aradan qaldırılması üçün tədbir görməsə, FİFA Yunanıstanı bütün beynəlxalq turnirlərdən kənarlaşdıra biləcəyini açıqlayıb”.

Qeyd edək ki, AEK-lə oyunun 90-cı dəqiqəsində PAOK hesabı açsa da, matçın baş hakimi qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Üzərində tapança olan prezident hakimi ölümlə təhdid edib. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də oyun yarımçıq dayandırılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-05-2018
19-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1547 san