11:41 13 Mart 2018
Çap versiyası
...

Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir.

Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək. İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Diqqətə çatdırılıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir.

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova konfransda çıxış edərək deyib ki, İpək Yolu Şərq və Qərb arasında təkcə iqtisadi deyil, həm də siyasi və mədəni layihədir.

Bahar Muradova bildirib ki, Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək qurumun dəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addımlar atan ölkədir. Azərbaycanın təşəbbüsü ilə çəkilmiş Bakı-Tbilisi-Qars dəmir yolu keçən il istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində də mühüm işlər görür, bu dəhliz də İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:08 15.10/2018
Cəbhədən SON XƏBƏR
11:40 14.10/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.6162 san