12:05 13 Mart 2018
793 dəfə oxunub
Çap versiyası
...

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtoqəza Ələt-Astara magistral yolunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb.

Gərmətürk qəsəbəsindən əsas yola çıxan və Ruslan Ağayevin idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan və Elvar Mikayılzadənin idarə etdiyi eyni markalı digər avtomobilə çırpılıb.

Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan Şöhrət Məmmədova məxsus "VAZ 2107" və Orxan Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomaşınlara dəyib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Nəticədə 3 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şöhrət Məmmədov - "VAZ 2107"nin sürücüsü: “Gördüm ki, ağ “Mazda” gəlib qara maşının qarşısına keçdi. Qara maşın gəlib ağ “Mazda”nı vurdu. Gəlib dəydi mənim maşınıma, daha sonra da digər maşının üzərinə aşdı”.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
18.06.2018 Neft ucuzlaşdı
17-06-2018
16-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2134 san