17:26 13 Mart 2018
Çap versiyası
...

Novruz bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

“Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək. Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülüb. Eyni zamanda, martın 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və Rayon Enerji Təchizatı və Satışı idarələri üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

ASC-nin mətbuat xidmətindən  bildirilib ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək, zəruri mal-materialların ehtiyatı yaradılacaq.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
11:45 15.10/2018
Neftin qiyməti artır
10:30 13.10/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3,7777 san