22:23 13 Mart 2018
563 dəfə oxunub
Çap versiyası
...

Almaniya Xarici Siyasət Cəmiyyəti tərəfindən nəşr olunan “Beynəlxalq siyasət” jurnalının mart nömrəsində Berlin Azad Universitetində Xəzər Regionu Araşdırmalar Mərkəzinin mühazirəçisi və tədqiqatçısı Mattias Dornfeldin müəllifi olduğu “Cənub dəhlizinə ümidlə” adlı məqalə dərc edilib.

“Cənub Qaz Dəhlizi” layihəsi haqqında ətraflı məlumat verilən məqalədə vurğulanır ki, Avropa İttifaqı Azərbaycanın təbii qazı hesabına enerji təhlükəsizliyini möhkəmləndirmək istəyir. Cənub Qaz Dəhlizi sayəsində Cənubi Avropa ilk dəfə olaraq Xəzər dənizinin təbii qazı ilə təchiz olunacaq.

Bildirilir ki, Azərbaycan yalnız təbii qaz istehsalçısı deyil, həmçinin boru kəməri şəbəkəsinin təminatçısı və operatoru qismində çıxış edir. Avropa İttifaqı Cənub Qaz Dəhlizini dəstəkləyir.

Müəllif qeyd edir ki, Azərbaycan enerji sahəsində Cənubi Qafqazda Avropanın ən mühüm tərəfdaşı olacaq. Eyni zamanda, Azərbaycan enerji resurslarının təchizatı üzrə Avropanın Avrasiya regionunda əsas tərəfdaşı kimi çıxış edəcək.

Məqalədə Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılır.

Müəllif yazır ki, Azərbaycanın nöqteyi-nəzərindən təbii qazın Avropaya ixracı yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir. Azərbaycan yalnız təbii qaz ehtiyatları ilə zəngin deyil, həmçinin Almaniyanın, Çexiyanın, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələrinin əsas xam neft təchizatçısıdır.

Vüqar Seyidov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:25 20.05/2018
 
Xəbər başlıqları
20-05-2018
19-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0786 san