08:36 14 Mart 2018
717 dəfə oxunub
Çap versiyası
...

Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə qadağan edilmiş İŞİD terror təşkilatının tərəfdarlarının Suriya və İraqa göndərilməsinin qarşısını alıb.

Strategiya.az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, əməliyyat nəticəsində 60 əcnəbi saxlanılıb. On yeddi ünvanda aparılmış axtarışlar zamanı saxta sənədlərin, sərhədi keçmək barədə çoxlu sayda möhür və ştampların, miqrasiya sənədlərinin, əcnəbi pasportlarının hazırlandığı üç laboratoriya aşkar edilib.

Cinayətkar qrup, həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub. Qrupun beynəlxalq terror təşkilatlarının nümayəndələri ilə də əlaqələri olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5976 san