11:20 14 Mart 2018
623 dəfə oxunub
Çap versiyası
...

Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

Bu barədə sechki-2018.az saytına açıqlamasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev məlumat verib.

Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib: “Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericliyi var”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5705 san