11:34 14 Mart 2018
675 dəfə oxunub
Çap versiyası
...

Martın 14-də Bakı Media Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının vacibliyini vurğulayıb.

Sonra Qida Təhlükəsizliyi Agentliyinin rəsmi loqosunun təqdimatı olub.

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi sayılan sünbülün elementlərindən istifadə olunduğunu bildirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
11:04 21.09/2018
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5842 san