12:53 14 Mart 2018
682 dəfə oxunub
Çap versiyası
...

“Oyunda ilk qolun vacib rol oynayacağı aydın idi. Təkcə birinci qarşılaşmadakı nəticə yox, cavab matçının xarakteri də bundan xəbər verirdi”.

Bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə evdə “Sevilya”ya 1:2 hesabı ilə uduzuraq, mübarizəni dayandıran “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo deyib. UEFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb:

“İlk dəqiqələrdən aqressiv oynamağa və rəqibi təzyiq altda saxlamağa çalışdıq. Amma qol vura bilmədik. Vaxt keçdikcə isə “Sevilya” topa daha çox nəzarət etməyə başladı və oyunun gedişini öz əlinə aldı. Fərqlənmək üçün 2 yaxşı imkanımız oldu, amma qolları rəqib vurdu. Birinci qol hər şeyi əleyhimizə dəyişdi. İkinci isə qarşıya qoyulan məqsədi mümkünsüz etdi. Amma mən deyə bilmərəm ki, oyunçularım bundan sonra oynamadılar. Bu barədə hər şey qaydasında idi”.

Komandasının müdafiədən oynamadığını bildirən Mourinyo meydana hücumameylli heyət buraxdığını deyib: “Meydanda hücum xəttində çıxış edə bilən çox futbolçu var idi. Linqard və Fellainiyə sərbəst oynamaq imkanı vermişdim. Hər ikisi qol vura bilərdilər. Həddindən artıq ehtiyyatlı oynadığımızı düşünmürəm”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Sportinq" - "Qarabağ"
08:15 21.09/2018
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5601 san