15:47 14 Mart 2018
402 dəfə oxunub
Çap versiyası
...

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin bundestaqda kansler seçilməsindən sonra onu bu vəzifəyə təsdiqləyib.

Strategiya.az xarici KİV-lərə istinadla xəbər verir ki, mərasim martın 14-də prezident iqamətgahında – Berlindəki Belvyu sarayında keçirilib.

Bu gün səhər saatlarında Bundestaqın 709 deputatından 692-si Merkelin namizədliyi ilə bağlı keçirilən gizli səsvermədə iştirak edib. Minimum 355 səs lazım olduğu halda, 364 deputat Merkeli dəstəkləyib.

Gizli səsvermənin nəticələri deputatlar tərəfindən sürəkli və uzun sürən alqışlarla qarşılanıb.

Prezidentin təsdiqindən sonra yeni seçilən kanslerin Bundestaqa qayıdaraq and içəcəyi gözlənilir. Yerli vaxtla saat 13:30-da isə Berlində Almaniya hökumətinin formalaşdırılması başa çatmalıdır. Yeni hökumətin ilk iclası artıq günün ikinci yarısında baş tuta bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9672 san