12:40 16 Mart 2018
Çap versiyası
...


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Fransada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva haqqında məqalə yaradılıb. MEK-in Şəms Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində məqalə fransız dilinə çevrilərək Vikipediyada yerləşdirilib.
Məqalədə qeyd olunur ki, Bakı şəhərində anadan olan Adilə Əliyevanın ilk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirən A.Əliyeva oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. A.Əliyeva 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. Onun 50-dən çox ölkədə - əksər Avropa və Amerika şəhərlərində, o cümlədən Vatikanda konsertləri təşkil edilib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt diski yazılan tanınmış pianoçu barəsində radio və televiziyada 200-dən çox xəbər verilib, veriliş çəkilib. Moskva Konservatoriyasındakı professor və solistləri bir araya gətirən "Rusiya ulduzları"nın lideri olan A.Əliyeva Moskvada Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı müsabiqəsinin, Beynəlxalq VILLA-LOBOS və Zaqafqaziya müsabiqələrinin laureatı olub. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi fəaliyyət göstərən pianoçu Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində də böyük işlər görüb.
Linklərə daxil olmaqla sənətçi haqqında daha ətraflı məlumat ala bilərsiniz.
https://az.wikipedia.org/wiki/Adil%C9%99_%C6%8Fliyeva 
https://fr.wikipedia.org/wiki/Adilia_Alieva 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2,8808 san