20:55 16 Mart 2018
359 dəfə oxunub
Çap versiyası
...

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyinə martın 16-da yekun vurulub.

Federasiyadan  bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclərin və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyıb. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edib.

Turnirin sonuncu günündə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov turnirin qaliblərinə və onların məşqçilərinə diplomları və mükafatları təqdim edib.

Eyni zamanda, fevralda Riqada 13 ölkənin iştirak etdiyi yarışda doqquz yaşlı tennisçimiz Mərziyyə Nurmətova bürünc medal qazandığı üçün federasiya tərəfindən mükafatlandırılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Sabahın havası
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6043 san