21:20 16 Mart 2018
460 dəfə oxunub
Çap versiyası
...

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsudakı qəza ilə bağlı məlumat yayıb.

Strategiya.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir:

 

"Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunub. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır".

Nazirlik qeyd edir ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:11 17.07/2018
Masallıda yanğın
08:04 17.07/2018
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4957 san