08:56 17 Mart 2018
497 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində bir sıra prosedurlar bu gün başa çatır.

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi proseduru martın 17-də başa çatır.

Bundan əlavə, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti martın 17-də bitir.

Seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da martın 17-də başa çatır.

Bundan əlavə, martın 17-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi proseduru tamamlanır.

Seçkilər günü səsvermənin yeri və vaxtı barədə KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi proseduru da martın 17-də başa çatır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.605 san