18:42 17 Mart 2018
339 dəfə oxunub
Çap versiyası
...

Boş ərazi tapıb at cəmdəklərini ora atıblar. 

Hadisə Abşeron rayonu Güzdək qəsəbəsində baş verib. Naməlum şəxs və şəxslər çoxlu sayda at cəmdəyini Güzdək qəsəbəsində dəmiryol xətti keçən hissədəki boş əraziyə atıblar. 

Nəticədə ətrafı üfunət bürüyüb və ərazidə antisanitar vəziyyət yaranıb. Əraziyə Abşeron Rayon Baytarlıq İdarəsinin əməkdaşları da baş çəkiblər. Ancaq qurumdan bildirilib ki, at cəmdəklərinin ərazidən yığışdırılması onların səlahiyyətində olan məsələ deyil.

Abşeron Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, həmin əraziyə at cəmdəkləri atan şəxslərin tapılması üçün polisə müraciət olunub. 

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-04-2018
25.04.2018 Neft bahalaşıb
24-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9289 san