08:36 18 Mart 2018
331 dəfə oxunub
Çap versiyası
...

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

Strategiya.az RİA Novosti agentliyinə istinadla bildirir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçki sistemi səsverməyə tam hazırdır. 2018 prezident kampaniyası zamanı federal seçkilərdə ilk dəfə yeni səsvermə mexanizmi vətəndaşların faktiki olduğu yer üzrə tətbiq olunur. Olduğu yer üzrə 5,5 milyondan çox rusiyalı səs verəcək.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddialıdır.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-07-2018
16.07.2018 Neft ucuzlaşıb
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6344 san