10:02 18 Mart 2018
880 dəfə oxunub
Çap versiyası
...

Kənd Təsərrüfatı Nazirliyi bayram günlərində bazarlarda süni qiymət artımına yol verilməməsi üçün alternativ satış mərkəzləri - yarmarkalar təşkil edib. Bu gündən həmin yarmarkalar fəaliyyətə başlayıb. Yarmarkalarda bütün növ məhsullar satışa çıxarılıb. Məhsulların qiymətini isə indi təqdim edəcəyimiz süjetdən biləcəksiniz

Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı nazirliyinin təşkil etdiyi bayram yarmarkaları bu gündən fəaliyyətə başlayıb.

Yarmarkalardan biri paytaxtın Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 ünvanında təşkil olunub. Burada bayram süfrəsini bəzəmək üçün hər cür məhsul satılır.

Yarmarkada tərəvəz məhsullarından kartof 60-90, soğan 50-60 qəpiyə, pomidor 2 manat 50 qəpik-3 manat, xiyar isə 3 manat-3 manat 50 qəpik arasında alıcılara təklif olunur.

Yarmarkada şirniyyat məhsulları da satılır. Alıcılar yarmarkada qiymətlərin bazarla müqayisədə daha münasib olduğunu deyirlər

Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya bayram günlərində 100 tona yaxın məhsul çıxarılacaq. Süni qiymət artımının qarşısının alınmasına isə nəzərat olunur.

Qeyd edək ki, bayram yarmarkaları paytaxda Xətai rayonu ərazisində Məzahir Rüstəmov küçəsində, "Bakı" kinoteatrının yaxınlığında, Nərimanov rayonunda Keşlə bazarının ərazisində, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 ünvanında, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4 ünvanında, Sumqayıt şəhəri üzrə isə 12-ci mikrorayon ərazisində təşkil olunub. Bayram yarmarkaları martın 20-nə qədər davam edəcək.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Sabahın havası
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018
21-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6065 san