10:04 18 Mart 2018
Çap versiyası
...

Bakıya iri və xırdabuynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq. Bütün bu işləri Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bakı və paytaxtətrafı bölgələrdə əhali və təsərrüfat sayına uyğun olaraq kəsim məntəqələri açılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Bunu qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "media və təhlükəsiz qida" mövzusundakı brifinqdə deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılmalıdır. Artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib.

Bundan başqa, agentliyin sədri bildirib ki, Bakıya iri və xırdabuynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Bakıətrafı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamağa icazə veriləcək.

Qida təhlükəsizliyi agentliyinin sədri həmçinin Azərbaycanda istehsal olunan bütün məhsullar üzrə sertifikatlaşmanın ləğv edildiyini də açıqlayıb. Qida istehsalı ilə məşğul olan subyektlər qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər və bundan sonra istehsal etdikləri məhsulları Avropa ölkələrinə ixrac edə biləcəklər.

Qoşqar Təhməzli bildirib ki, agentliyin tərkibində yaradılacaq Qida Təhlükəsizliyi İnstitutu əsasən geni modifikasiya edilmiş məhsulları araşdıracaq və bu məhsulların təhlili ilə məşğul olacaq.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neftin qiyməti ucuzlaşıb
10:22 26.09/2018
Neftin qiyməti bahalaşır
09:57 25.09/2018
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6459 san