10:19 18 Mart 2018
Çap versiyası
...

Rayonların suvarma suyu və içməli su ilə təminatı yaxşılaşdırılır. Bu il 38 şəhər və rayonda 300 yeni subartezian quyusu qazılacaq. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.

Ölkədə 300 subartezian quyusu qazılacaq.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Məmməd Əsədov deyir ki, son 4 il ərzində ölkənin 40 şəhər və rayonunda 1107 ədəd subartezian quyusu qazılıb. Bu il isə 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 300 ədəd subartezian quyusu qazılacaq.

Subartezian quyuların layihələndirilməsi və qazılması üçün 21milyon manat vəsait ayrılıb. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.İşlər Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilir.

Yaxın vaxtlarda qazıntı işlərinə başlanılacaq.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neftin qiyməti ucuzlaşıb
10:22 26.09/2018
Neftin qiyməti bahalaşır
09:57 25.09/2018
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4172 san