09:27 19 Mart 2018
400 dəfə oxunub
Çap versiyası
...

Əgər maşınınızın salonu qab şampunu və ya yuyucu tozu ilə təmizlənərsə, əlavə xərcə düşə bilərsiniz.

Avtomobilinin salonunun çirkli olduğunu görən, şəxs onu kimyəvi təmizləmə etdirib. Ancaq çox keçməyib ki, maşının salonunda bir sıra problemlər yaranmağa başlayıb.

Mütəxəssislər bildirirlər ki, kimyəvi təmizləmənin qeyri-peşəkarlar tərəfindən edilməsi və lazımı mayelərdən istifadə edilməməsi bu kimi halların yaranmasının başlıca səbəbləridir. Uzun illərdir avtomobillərin kimyəvi təmizləməsi ilə məşğul olan Rövşən Rəhimovun sözlərinə görə,bu işdə bir mənalı olaraq qab yuyan şampunlardan və yuyucu tozlarından istifadə etmək olmaz.

Kimyəvi təmizləmə zamanı mütləq sertifkatlaşdırılmış dərman və mayelərdən istifadə edilməlidir.

Rövşən Rəhimov deyir ki, avtomobillərin 1 ildən 1 kimyəvi təmizləmə edilməsi gigyenik baxımdan məsləhətlidir. Bir avtomobilin tam şəkildə salonunun kimyəvi təmizləməsi prosesi təxminən 12 saat çəkir və bu avtomobilin çirklilik vəziyyətindən asılı olaraq, 100-200 manata başa gəlir.

Bundan başqa, ən azından 3-4 aydan bir avtomobillərin hava kanallarının təmizlənməsi tövsiyyə edilir.

Odur ki, siz də avtomobilinizi kimyəvi təmizləmə etdirdikdən sonra əlavə ziyana düşmək istəmirsinizsə ustaların tövsiyyələrini nəzərə alın.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Instagram"da yenilik
10:38 22.07/2018
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5365 san